• SOSİAL

    15:26 7 mart 2019

ETSN: İçməli su ilə maşın, xalça yuyulması kimi vərdişləri tərgitmək lazımdır

“Su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə olunmamalıdır”.

ONA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, içməli suya qənaət etməyin ən yaxşı yolu əhalinin sudan düzgün istifadə etməsidir: "İlk növbədə texniki su ilə içməli su ayrılmalıdır. İçməli suyun başqa məqsədlərlə istifadəsinə qadağa qoyulmalıdır. İçməli su ilə maşın, xalça yuyulması, təsərrüfatların suvarılması kimi vərdişləri tərgitmək lazımdır. Ən vacib məqamlardan biri isə suya yanaşma tərzinin dəyişməsidir. Bu vasitə inkişaf etmiş ölkələrdə təbii resurslara, içməli suya qənaət etməyə imkan yaradan ən güclü vasitə hesab olunur. Gələcəkdə su qıtlığı ilə üzləşməmək üçün sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə olunmamalıdır. İçməli su qıtlığı probleminin olmaması üçün bir daha hamını suya qənaət etməyə çağırırıq".

Aytən

Teqlər:

SON XƏBƏRLƏR