• SOSİAL

    14:51 7 mart 2019

ETSN jurnalistlərlə birgə yaz ağacəkmə kampaniyası keçirəcək

10 mart 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Bu yaz özün bir təbiət yarat!” devizi altında yaz ağac əkini mövsümünə start verir.

ONA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov deyib.

O bildirib ki, yaz ağac əkininin başlanması ilə əlaqədar ETSN jurnalistlərlə birgə Zığ şosesinin kənarında ağacəkmə aksiyası keçirəcək və yeni salınmış yaşıllıq əraziyə “Yaşıl Qələm Jurnalistlər Bağı” adı veriləcək. Aparat rəhbəri bütün ictimaiyyəti və jurnalistləri ağacəkmə kampaniyasına qoşulmağa çağırıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR