Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) milli parklardan çəkilmiş fotoların müsabiqəsini elan edib.
ONA-nın xəbərinə görə, nazirliyin Bioloji müxtəlifliyin qorunması departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, 1 mart 2019-cu il tarixindən “Milli parklardan etüdlər” adı altında peşəkar və həvəskar fotoqrafların iştirakı ilə foto müsabiqəyə start verilir.
Müsabiqə çərçivəsində milli parklardan çəkilmiş şəkillər ETSN-in rəsmi “Facebook” və “İnstagram” səhifələrində müəlliflərin adları qeyd olunmaqla mütəmadi yerləşdiriləcək. May ayının 20-dək davam edəcək müsabiqənin sonunda 5 ən yaxşı şəklin müəllifi 22 may - Beynəlxalq biomüxtəliflik günü” ərəfəsində mükafatlandırılacaq.