• SOSİAL

    13:28 2 mart 2019

ETSN: Ölkə çaylarında çirklənmə halları müşahidə olunur

“Azərbaycanın çayları daha çox iki ölkə - Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilir".

ONA-nın xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, Azərbaycanın səth sularının əsasını çay suları təşkil edir ki, bunun 65%-i qonşu ərazilərdən axıb gələn tranzit çaylar, 35 %-i isə yerli çayların hesabınadır: “Azərbaycan çayları daha çox Ermənistan, Gürcüstan ərazisindən axıdılan sular hesabına çirklənir. İstənilən tranzit çaylarda çirklənmə var. Dövlətlər çoxtərəfli sazişlər çərçivəsində əməkdaşlıq edirlər. Belə bir tədbiri İranla birgə Araz çayı üzərində aparırıq. Çayın həm ekoloji, həm də hidroloji axınına nəzarət olur. Araz çayına nəzarət üçün Beyləqanda böyük bir laboratoriya yaradılıb. Orada gündəlik məlumatlar toplanır. Eyni zamanda, Kür çayı üzərində də laboratoriya var və bütün çirklənmələr qeyd olunur”.

Nazirlik rəsmisi bildirib k, tranzit çaylardan əlavə, ölkə ərazisindəki çaylarda da çirklənmə halları müşahidə olunur. Çayların çirkləndirilməsinə qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən mütəmadi tədbirlər görülür, cərimələr tətbiq olunur.

Şöbə müdiri qeyd edib ki, Kür çayı hövzəsində yerləşən bir çox şəhər və rayonlarda kanalizasiya qurğuları sisteminin yenidən qurulması, tullantı su təmizləyici qurğuların tikilməsi ilə bağlı çoxlu sayda layihələr həyata keçirilir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR