"Aparılan monitorinqlərə görə, hazırda ən çox istifadə olunan xidmətlər əmək müqaviləsi bildirişlərinin qeydiyyatı və vergi hesabatlarının verilməsi ilə bağlıdır”.
ONA xəbər verir ki, bunu jurnalistlərə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.
O bildirib ki, bir çox xidmətlər dövri xarakter daşıyır: "Bununla bağlı mütəmadi olaraq Elektron Hökumət portalı üzərindən məlumatlar əldə oluna bilir. Bunlar açıq məlumatlardır. 400-dən çox elektron xidmət mövcuddur. Məlumdur ki, hazırda xidmətlərin həm sadələşdirilməsi, həm də rəqəmsallaşdırılması istiqamətində dövlət proqramı hazırlanıb. Dünyada bu könüllülük bir ilkdir ki, biz rəqəmsal sahədə də könüllülük prinsipinə başlayırıq. Məqsədimiz bütün vətəndaşlarımıza rəqəmsal sahədə innovasiyalarla bağlı məlumatları çatdıra bilməkdir".