• SOSİAL

    12:35 28 dekabr 2021

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

ONA xəbər verir ki, bu barədə FHN-in məlumatında bildirilib.

Məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR