Azərbaycanda koronavirus təhlükəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçir.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Məlumatda qeyd edilir ki, Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun profilaktik tədbirlərlə əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi bütün heyəti ilə şənbə və bazar günləri də daxil olmaqla Novruz bayramındakı qeyri iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.