• SOSİAL

    16:57 22 dekabr 2021

FHN-in bir qrup hərbçisinə ali hərbi rütbələr verilib

Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verilib.

ONA-nın məlumatına görə, Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor İlham Əyyub oğlu Abdullayevə

general-mayor Şahmar Ənvər oğlu Paşayevə

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Adil Ələsgər oğlu Abdullayevə

polkovnik Əşrəf Məmməd oğlu Qasımova

polkovnik Raul Süleyman oğlu Zeynalova.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Prezidentin digər Sərəncamı ilə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Eldar oğlu Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR