• SOSİAL

    18:32 2 mart 2023

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti qrupu ölkəmizə qayıdıb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə ölkəmizə qayıdıb.

ONA FHN-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıb.

Türkiyəli diplomatlar Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin fədakarlıq və peşəkarlıq nümunəsi olduğunu bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR