Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasından 14 il ötür.
APA-nın məlumatına görə, FHN Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılıb.
Nazirlik əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəzalardan və yanğından qorunmasını təmin edir, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edir, habelə mülki müdafiə sahəsində dövlət siyasətini həyata keçirir, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edir.