Fövqəladə Hallar Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb.
FHN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 mln. manat vəsait köçürüb.