• SOSİAL

    19:27 8 may 2022

FHN küləyin yaratdığı təhlükəli halı aradan qaldırıb

Əsən güclü küləyin yaratdığı təhlükəli halların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

ONA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində beşmərtəbəli yaşayış binasının dam örtüyündə beton parçalarının qoparaq asılı vəziyyətdə qalması və hər an ətrafdakı insanlar üçün təhlükə yaratması barədə Nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Xilasedicilər binanın damında asılı vəziyyətdə qalmış beton parçalarını operativ olaraq götürərək təhlükəni aradan qaldırıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR