• SOSİAL

    13:27 28 yanvar 2020

FHN rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edəcək

​Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 yanvar 2020-ci il tarixində Yevlax şəhərində, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan Yevlax rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 30 yanvar 2020-ci il tarixində Aran Regional Mərkəzinin inzibati binasında saat 09.00-da başlayacaq.

Bu barədə APA-ya FHN-dən bildirilb. Məlumata görə, ​Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov tərəfindən 31 yanvar 2020-ci il tarixində Mingəçevir şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11.00-dan Mingəçevir şəhəri sakinlərinin və həmin şəhərdə məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 31 yanvar 2020-ci il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

​Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev tərəfindən 31 yanvar 2020-ci il tarixində Ağdaş şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan Ağdaş rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 31 yanvar 2020-ci il tarixində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

​Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

​Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: +994 (12) 512-01-14

e-mail: [email protected]

ONA

Teqlər:

SON XƏBƏRLƏR