• SOSİAL

    13:26 16 dekabr 2021

FHN rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Bu gün Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 16-cı ildönümü və FHN işçilərinin peşə bayramıdır.

APA-nın məlumatına görə, bu gün əvvəlcə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.

ONA

Teqlər:

SON XƏBƏRLƏR