• SOSİAL

    15:44 22 iyul 2019

​​​​​​​FHN rəhbərliyi rayonlarda vətəndaşların qəbulunu keçirəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 26-da saat 11.00-dan Ağdam rayonunun Quzanlı qəsəbəsində, Nazirliyin Qarabağ Regional Mərkəzinin binasında Ağdam rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirəcək.

FHN-dən ONA-ya verilən məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı iyulun 25-də Qarabağ Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

İyulun 26-da saat 11.00-dan fövqəladə nallar nazirinin birinci müavini Rəfail Mirzəyev Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ağcabədi rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 26 iyul 2019-cu il tarixdə Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Həmin gün saat 11.00-dan fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev isə Beyləqan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Beyləqan rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 26 iyul 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

ONA

Teqlər:

SON XƏBƏRLƏR