• SOSİAL

    18:16 10 iyun 2019

FHN rəhbərliyinin keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişib

Fövqəladə Hallar Nazirliyi (FHN) rəhbərliyinin keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişib.

ONA FHN-nin saytına istinadən xəbər verir ki, iyunun 14-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Şəki şəhərində, nazirin birinci müavini Rəfail Mirzəyev tərəfindən Balakən şəhərində və nazir müavini Etibar Mirzəyev tərəfindən Zaqatala şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi dəyişdirilib.

Qəbul barədə əlavə məlumat veriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR