• SOSİAL

    11:44 30 may 2019

Firudin Qurbanov: "Şagird və müəllimlərin psixoloji durumu ilə bağlı problemlər cəmiyyəti narahat edir"

"Hər bir sahədə olduğu kimi, təhsil sahəsində də müəyyən problemlər var. Cəmiyyəti narahat edən məqamlar şagirdlərin və müəllimlərin psixoloji durumu ilə bağlı problemlərdir. Biz bu məsələlərə həssaslıqla yanaşırıq".

ONA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib.

O bildirib ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır və həmin şagirdlərin hər birinin özünəxas xarakteri var: "Tədqiqatlar da göstərir ki, bir uşağın xarakteri 3-5 yaş arasında formalaşır".

Nazir müavini qeyd edib ki, məktəblərdə təlim-tərbiyə işi təkmilləşdirilir, hər hansı təhsil müəssisəsində fövqəladə hal baş verdikdə aidiyyəti orqanlara müraciət olunur: "Bu yaxınlarda bir qız uşağı özünü yaşadığı mənzildən atmışdı. Onun həyatını xilas edə bildik. Qaradağ rayonunda da oğlan uşağı özünü 2-ci mərtəbədən atmışdı. Biz bu məsələlərə həssaslıqla yanaşdıq. Onların həyatı xilas edildi. Cəlilabadda bir müəllim döyüldü. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Lakin bu məsələ bir sıra saytlarda bir qədər başqa formada təqdim edildi".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR