• SOSİAL

    12:30 30 aprel 2019

Fiziki imkanları məhdud şəxslər metropolitendən istifadə edəcəklər

Əlil arabasından istifadə edənlər artıq Bakı metropolitenindən istifadə edə biləcəklər.

Bakı Metropolitenindən ONA-ya bildirilib ki, fiziki imkanları məhdud insanların metropolitendən təhlükəsiz və rahat istifadə imkanları yeni layihə ilə tam genişləndirilib.

Bu məqsədlə yaradılan iki mobil işçi qrupu sifarişi qəbul etdikdən sonra sərnişini stansiyanın girişində qarşılayaraq, onu sifarişdə qeyd etdiyi stansiyanı tərk edənə qədər müşayiət edir. Hər sifarişin icrasını ən azı iki işçi yerinə yetirir.

Sifarişlərin verilməsi də müasir texnologiyaların imkanları ilə aparılır. Bununla bağlı əhəmiyyətli işlər artıq yerinə yetirilib. İlk əvvəl mobil telefon nömrəsi (+994 50 268 00 65) müəyyən edilib. Həmçinin sifarişi internet resursları vasitəsilə vermək mümkündür. Xüsusi proqram təminatı "Google play market" elektron əlavələr proqram qovluğuna yüklənib (https://play.google.com/store/apps/details?id=az.besmobile.metro).

Eyni qayda ilə proqramı “Bakı Metropoliteni” QSC-nin "metro.gov.az" rəsmi internet saytından yükləmək mümkündür. Bunun üçün saytın "Sərnişinlər üçün" bölməsində yerləşdirilmiş "Əlçatan metro" yarımbölməsindən istifadə etmək olar. Sifariş ən azı 1, ən çoxu 24 saat əvvəldən verilməlidir. Zənglər və ya elektron sifarişlər Bakı metropoliteninin qatar dispetçer mərkəzində qəbul edilərək mobil qrupun yerləşdiyi mərkəzə yönləndirilir. Hər bir sifarişə ediləcək dəyişiklik və ya onun ləğv edilməsi barədə məlumat eyni qayda ilə, ən azı, 20 dəqiqə əvvəl verilməlidir. Həm sifariş verən şəxslə əlaqə qurulması, həm də işçi qruplarının işinin tənzimlənməsi məqsədilə hər qrup mobil rabitə ilə təmin edilib.

Müəyyən səbəblərdən sərbəst hərəkət məhdudiyyəti yaranaraq, əlil arabasından müvəqqəti istifadə edən sərnişinlərin də maraqları xüsusi nəzərə alınıb. Belə sərnişinlər üçün metropolitenin mobil qrupları 5 ehtiyat əlil arabası ilə təmin olunublar. Zərurət yarandıqda, ehtiyacı olan sərnişinlər metropoliten stansiyalırının hüdudlarında bu vasitədən faydalana bilərlər.

Təhlükəsizliyin təmin edilməsi metropolitendə ən əsas vəzifə olduğundan, sərnişin axınının xüsusi gur saatlarında (07:00-dan 09:30-dək və 17:30-dan 19:30-dək) sifarişlər üzrə daşınma həyata keçirilməyəcək.

Hazırda metropolitenin bütün qatar tərkiblərində əlil arabaları üçün yerlərin quraşdırılması istiqamətində işlər davam etdirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR