• SOSİAL

    18:39 19 sentyabr 2019

Fuad Qəhrəmanlının qızı: "Statusu özüm yazmışam" - Səs yazısı

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı yazdığı statusu təsdiqləyib.

Selcan Yağmur APA-ya açıqlamasında bildirib ki, profili oğurlanmayıb və məlum statusu özü yazıb: “Mən universitetdəyəm. Zənglər və açıqlamalar üçün vaxtım yoxdu. Yazıları özüm yazmışam. Profilim də oğurlanmayıb. Deyilənlərə inanmayın”.

Qeyd edək ki, Selcan Yağmur bu gün atasından imtina etməsi ilə bağlı status yazıb. Fuad Qəhrəmanlı isə qızının facebook profilinin oğurlandığını və yazılanların düzgün olmadığını bildirib.

Fuad Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı (Zümrüd Yağmur) isə bu il avqustun 1-də nikahın pozulması və yetkinlik yaşına çatmayan övladının ananın yanında qalması ilə bağlı Abşeron rayon Məhkəməsində iddia qaldırıb.

Mülki iş hakim Elman Məmmədovun icraatına verilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR