• SOSİAL

    11:52 26 yanvar 2021

Füzulinin işğaldan azad olunmuş ərazilərində düşmənin quraşdırdığı minalar və digər maneələr zərərsizləşdirilir

Müdafiə Nazirliyi bir qrup jurnalistin Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərinə media-turunu təşkil edib.

APA-nın məlumatına görə, jurnalistlər Füzuli rayonunun bir sıra məntəqələrində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı istehkam qurğuları ilə tanış olublar.

Burada Azərbaycan Ordusunun mühəndis qoşunlarının istehkamçılarının yerinə yetirdikləri bəzi tapşırıqların praktik nümayişi olunub.

Jurnalistlər ərazidə düşmənin uzun illər boyu formalaşdırdığı maneələrlə tanış olub, mühəndis qoşunlarının hissə və bölmələrinin apardığı işləri izləyiblər.

Düşmənin keçilməz hesab etdiyi maneələrlə yaradılmış müdafiə xətti mühəndis-istehkamçı qoşunlar tərəfindən zərərsizləşdirilib. Düşmən geri çəkilərkən hərəkət marşrutlarında və yollarda quraşdırdığı mina partlayışlı maneələr və partlayışa hazırlanmış körpülər də mühəndis kəşfiyyatı nəticəsində zərərsizləşdirilib.

Ermənistan Silahlı Qüvvələrinin hissələri geri çəkilərkən partlatdığı körpülərin ətrafında alternativ yollar yaradılıb. Bu mümkün olmayan istiqamətlərdə isə tam körpüquranlar vasitəsi ilə körpülər qurulub. Beləliklə, qoşunların fasiləsiz hərəkəti təmin edilib.

Ümumiyyətlə, döyüş əməliyyatları aparılan bütün istiqamətlərdə mühəndis təminatı tapşırıqları uğurla icra edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR