Bu gün Gəncədə 19 May Atatürkü Anım, Gənclik və İdman bayramı Gəncə şəhərində də qeyd edilib.
ONA-nın yerli bürosunun məlumatına görə, Gəncə Şəhər İcra Hakimiyyəti, Türkiyənin Gəncədəki Baş Konsulluğu və Gəncə şəhər Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə təşkil edilən tədbirdə şəhər ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları Türkiyənin Gəncədəki Baş konsulluğunun binası önündən Xan Bağına yürüşü ediblər. Parkda günün anlam və önəmini simvolizə edən çinar ağaçı əkilib. Tədbir iki dövlətin himnlərinin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan Türkiyənin Gəncədəki baş konsulluğu Zəki Öztürk Türkiyənin milli azadlıq mücadiləsindən danışıb. Baş konsul deyib ki, 19 May Atatürkü Anım, Gənclik və İdman bayramı hər iki ölkənin bayramıdır: "Bizlərlə bərabər olan bütün azərbaycanlı qardaşlarımıza təşəkkür edirəm. Ümumi Lider Heydər Əliyevin dediyi kimi, bir millət iki olaraq bu gözəl gündə birləşdik".
Tədbirdə Gəncə Dövlət Filarmoniyasının solisti, əməkdar artist Kəmalə Tağızadə “Qaradəniz” mahnısı səsləndirib. Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasından “Xərabət gözəli”ndən parça - Səmazən rəqsi təqdim olunub. Gəncədə fəaliyyət göstərən uşaq gənclər idman-şahmat məktəblərinin idmançıların nümunəvi çıxışları izlənilib. Tədbirdə Gəncə Uşaq Evinin, Musiqi Kollecinin “Buta” Vokal İnstrumental Ansamblının, Gəncə Uşaq Gənclər inkişaf Mərkəzinin “Azərin” rəqs qrupu çıxış edib.