Fevralın 15 Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhə xəttində atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu dəfn edilib.
APA-nın yerli bürosunun məlumatına görə, cəbhənin Beyləqan rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu bu gün doğulduğu Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin edilib.
Qeyd edək ki, Seymur Ələsgərov ailəli olub, 9 aylıq bir oğlu var.
***
saat 11.59
Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini pozması nəticəsində fevralın 15-də şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Seymur Ələsgərovla vida mərasimi başlayıb.
APA-nın məlumatına görə, mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyaz Bayramov, Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin əsgər yoldaşları və şəhər ictimaiyyəti iştirak edir.
Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi Abdulla Qurbani, Gəncə Şəhər İcra Hakimiyyətin başçısı Niyazi Bayramov və digərləri çıxış edərək, Seymur Ələsgərovun şücaətindən söz açıb, düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyini bildiriblər.