• SOSİAL

    12:33 15 aprel 2019

Gənclərin Məşğulluğu Proqramı çərçivəsində maliyyələşmə mexanizmi açıqlanıb

Bu il həyata keçiriləcək Gənclərin Məşğulluğu Proqramına ayrılacaq vəsaitin həcmi sahibkarlar tərəfindən Gənclər Fonduna təqdim ediləcək vakansiyaların sayından asılı olacaq.
Bunu bu gün Proqramla bağlı keçirilən təbirdə ONA-nın sualını cavablandıran Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib.
F.Cəfərov deyib ki, Proqram çərçivəsində sahibkarlar tərəfindən işə götürüləcək gənclərin 1 il ərzində əmək haqqının 50 faizə qədərinin Gənclər Fondu tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur: “Bu, gənclər Fondunun Nizamnaməsində də əksini tapıb. Bu halda müəyyən maksimum və minimum hədlər də müəyyənləşib. Başqa sözlə, Gənclər Fondu Proqram çərçivəsində işə götürülən gənclərə münasibətdə maksimum orta aylıq əmək haqqının və minimum əmək haqqının 50 faizini maliyyələşdirə bilər”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR