“Google” qlobal axtarış sisteminin əsas səhifəsində Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 31 illiyi münasibətilə bildiriş yerləşdirilib.
APA xəbər verir ki, bildirişdə yerləşdirilmiş hiper-fotonun üstünə klik edəndə Azərbaycanın Müstəqilliyin Bərpası Günü ilə bağlı məlumatlar olan saytlara keçid edilir.
Qeyd edək ki, “Google”-un əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə bu cür bildirişlərin yerləşdirilməsi ənənə halını alıb.