• SOSİAL

    07:22 27 may 2019

Goranboyda yağan dolu əkin sahələrinə ziyan vurub

Goranboyun dağ kəndinə dolu yağıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, təbiət hadisəsi axşam rayonun dağ kəndlərindən olan Tatarlıda müşahidə edilib.

Külək və şimşəyin müşayiəti ilə kənd ərazisinə və ona bitişik sahələrə təxminən qoz böyüklüyündə dolu düşüb. 40 dəqiqəyədək davam edən yağıntı meyvə ağaclarına və tərəvəz məhsullarına ciddi ziyan vurub.

Dolu ilə bağlı müvəqqəti olaraq kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb. Bir müddət sonra elektrik enerjisinin verilişi bərpa olunub.

Qeyd edək ki, son bir neçə gün ərzində rayonun ayrı-ayrı istiqamətlərinə dolu düşməsi müşahidə edilib. O cümlədən Naftalan şəhərinin bəzi hissələrinə də dolu düşməsi faktı qeydə alınıb.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR