• SOSİAL

    16:57 16 oktyabr 2019

Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası üçün 7 milyon manat ayrılıb

Prezident İlham Əliyev Göyçay rayonu ərazisində Göyçay çayında selə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

ONA-nın xəbərinə görə, sərəncama əsasən, “Göyçay rayonu ərazisində Göyçay çayında baş suqəbuledici qurğunun təmir-bərpası və selə qarşı mühafizə tədbirləri”nin başa çatdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 7.0 (yeddi) milyon manat ayrılıb

ONA

Teqlər:

SON XƏBƏRLƏR