• SOSİAL

    22:45 7 may 2021

Göyçayda şəhidlərin adının verildiyi küçələrin açılışı olub - FOTO

Qarabağın erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş polkovnik Babək Səmidli, polkovnik-leytenant Vidadi Xəlilov və əsgər Tərlan İsmayılovun adları verilən küçələrin əsaslı təmirdən sonra açılışı olub.

APA-nın yerli bürosunun xəbərinə görə bu münasibətlə keçirilən tədbirdə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak edib.

Məlumat verilib ki, şəhidlərin adı verilən küçələrə yeni asfalt örtüyü döşənib, səkilər qoyulub, ətrafı abadlaşdırılıb. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Göyçay şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün görülən işlər rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıq hissi ilə qarşılanır.

Qeyd edək ki, şəhidlərin adları verilmiş küçələrə xatirə lövhəsini övladları asıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR