• SOSİAL

    14:37 29 noyabr 2021

Güclü külək əsəcək, yağış, qar yağacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ

ETSN-in Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

ONA-nın xəbərinə görə, ETSN-in məlumatında bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir. Axşam yağış yağacagı ehtimalı var.

Havanın temperaturu dekabrın 2-də ötən günlərlə müqayisədə 5-7° enəcək.

Azərbaycanın rayonlarında dekabrın 1-i günün ikinci yarısından 2-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu dekabrın 02-də ötən günlərlə müqayisədə 5-8° aşağı enəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR