• SOSİAL

    15:07 4 avqust 2022

Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında avqustun 6-dan 9-u gündüzədək şimal-qərb küləyi 15-18 m/s, 6-7-də yarımadanın bəzi yerlərində arabir 20 m/s olacaq.

ONA ETSN-in Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, avqustun 6-8-də əsasən gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında avqustun 5-i axşamdan 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi 6-8-də bəzi yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

ONA

Teqlər:

SON XƏBƏRLƏR