• SOSİAL

    11:54 30 aprel 2019

Gündüz İsmayılov: “Orta məktəblərdə dini biliklərin tədrisi aktual və zəruri məsələdir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov ali və orta məktəblərdə dini biliklərin tədrisi ilə bağlı fikirlərini bildirib.

ONA-nın xəbərinə görə, G.İsmayılov deyib ki, söhbət orta məktəblərdə dinin və şəriətin tədrisindən getmir: “Söhbət dini biliklərin tədrisindən gedir. Şagirdlərə, gənclərə ilkin bilikləri biz verməliyik, radikal qüvvələr yox”.

Komitə rəsmisinin fikrincə, bu təklifə verilən reaksiyalar onu göstərdi ki, orta məktəblərdə dini biliklərin tədrisi aktual və zəruri məsələdir: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mövqeyi dəyişməyib, qalır. Sentyabrdan etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” fənni tədris ediləcək. Əvvəlkindən fərqli olaraq, əsas fənn kimi tədris olunacaq. I hissədə multikulturalizm, II hissədə dinlər və dinlərin tarixi tədris olunacaq. Bu fənnin tədrisi yeni məsələ deyil. 2015-ci ildən tədris olunur. Sadəcə, sentyabrdan əsas fənn kimi olacaq”.

Orta məktəblərə gəlincə, G.İsmayılov deyib ki, neçə illərdir “Həyat bilgisi” fənni tədris olunur: “Məktəblərdə dinin tədrisi müzakirə mövzusu deyil. “Həyat bilgisi” fənni yalnız dini biliklərdən ibarət deyil, həm də dinlərin tarixi barədə məlumat verilir. Beynəlxalq təcrübədə dini biliklər 3 yolla verilir. Dini tərbiyəni ailə verir. Dini təhsili dini təyinatlı mədrəsələr və təhsil ocaqları verir. Dini tədris isə bizim təklif etdiyimiz dini tədrisdir. Məktəbdə riyaziyyatı, fizikanı ona görə keçmirlər ki, hamı riyaziyyatçı olsun”.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR