• SOSİAL

    19:02 28 mart 2019

Gürcüstanda nazirin və vitse-spikerin evi qarət edilib

Gürcüstan parlamentinin vitse-spikeri Giya Volskin evi qarət edilib.

ONA-nın “TV Pirveli”-yə istinadən verdiyi məlumata görə, hadisə üç həftə əvvəl baş verib.

Vitse-spiker Duşet rayonunun Axatani kəndində yerləşən evinin qarət edildiyini təsdiqləyib. Oğrular zirzəminin pəncərəsini sındırıb, iş alətlərini oğurlayıblar.

Qeyd edək ki, bu gün Gürcüstan Daxili İşlər Nazirliyi martın 16-da iqtisadiyyat naziri Georgiya Kobuliyanın evini qarət edən 1990-cı il təvəllüdlü şəxsin saxlandığını açıqlayıb. Ötən ay isə “Gürcü Arzusu” Partiyasının parlament çoxluğunun lideri Arçila Talakvadzenin evi qarət edilib.

Bu gün bu hadisələri şərh edən baş nazir Mamuka Baxtadze deyib ki, hakimiyyətdə heç bir şəxsin xüsusi üstünlüyü yoxdur, belə hadisələr hər zaman baş verə bilər.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR