Hava dumanlı, çiskinli olacaq - [color=red]PROQNOZ[/color]
  • SOSİAL

  • 13:47 10 Aprel 2020

Hava dumanlı, çiskinli olacaq - PROQNOZ

Aprelin 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq.  

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq. 

Aprelin 11-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü  meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb  küləyi əsəcək.

Havanın temperaturu  gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 0-5° isti olacaq.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR