Hava şəraiti kəskin dəyişəcək, yağış, qar yağacaq - [color=red]XƏBƏRDARLIQ[/color]
  • SOSİAL

  • 12:48 14 Noyabr 2021

Hava şəraiti kəskin dəyişəcək, yağış, qar yağacaq - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Milli Hidrometeorologiya Xidmətindən lONA-ya verilən məlumata görə, noyabrın 16-da hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Arabir yağıntılı olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.
Noyabrın 15-i axşam Azərbaycanın şərq rayonlarından başlayaraq 16-sı axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

ONA

Teqlər: