• SOSİAL

    13:04 17 fevral 2021

Hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana gedənlərdən tələb edilən sənədlər açıqlanıb

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov ölkəmizdən hava yolu ilə Türkiyə, Rusiya, Ukrayna və Gürcüstana səfər edən şəxslərdən tələb edilən sənədləri açıqlayıb.

APA-nın məlumatına görə, o bildirib ki, Rusiya, Ukrayna və Türkiyəyə səfər edən şəxslərdən uçuşdan 48 saat əvvəl alınmış COVID-19 testinin (PCR metodu ilə) neqativ nəticəsi tələb olunur. Rusiyaya səfər üçün test nəticəsini göstərən tibbi arayış rus və ya ingilis dilində olmalıdır. Türkiyəyə səfər edən 6 yaşa çatmamış uşaqlardan test nəticəsi tələb olunmur.

Ukraynaya səfər edən şəxslər əlavə olaraq sığorta şəhadətnaməsini və Ukraynada yaşama icazəsi və ya Ukrayna vətəndaşının ailə üzvü olmadığı təqdirdə maddi vəziyyətini təsdiq edən sənəd (bank arayışı, nəğd pul və sair) təqdim etməlidir.

Gürcüstana səfər edən şəxslər tamamlanmış vaksinasiya (hər iki dozanın vurulması) haqqında sənəd təqdim etməlidir.

Quru yolu ilə səfər etmək istəyən şəxslər bu dövlətlərin ölkəmizdə yerləşən Səfirliklərinə (Konsulluqlarına) müraciət etməlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR