Temperatur 5-10 dərəcə enəcək, çovğun olacaq, yollar buz bağlayacaq - [color=red]PROQNOZ[/color]
  • SOSİAL

  • 13:43 16 Yanvar 2021

Temperatur 5-10 dərəcə enəcək, çovğun olacaq, yollar buz bağlayacaq - PROQNOZ

Yanvarın 19-u axşamdan başlayaraq 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. 

ETSN-in Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir  23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

 

ONA

Teqlər: