• SOSİAL

    12:50 10 iyun 2019

Havanın temperaturu bəzi yerlərdə 38 dərəcəyə yüksələcək

Bakıda və Abşeron yarımadasında iyunun 11-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 30-35, Bakıda gecə 21-23, gündüz 33-35 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəldikdə, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 11-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 11-12-də meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR