Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 400-dən artıq insan müraciət edib.
Bu haqda ONA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Bildirilib ki, hazırda sənəd qəbulu davam edir: “Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota qoyulub. Bu limit qurtaranda sənəd qəbulu da bitəcək. Ona görə də Həccə getmək istəyənlər tələsməlidir, yerlər dolur”.
Qeyd edək ki, bu il Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dollar təşkil edir. Zəvvarlar təyyarə ilə yola salınacaq.