Nazirlər Kabineti yanında Operativ Qərargahın "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda (təxirəsalınmaz tibbi yardım yalnız təcili tibbi yardım xidməti vasitəsilə) və yaxın qohumların dəfnində iştirakla əlaqədar tələblərə riayət olunmasına nəzarət Daxili İşlər Nazirliyi tərəfindən həyata keçiriləcək.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Bu Qərarın tələblərinin pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər qanunla nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.