Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunda sakinlər yaxın qohumların dəfnində iştirakla əlaqədar Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti - Zəng Mərkəzi vasitəsilə icazə almalıdır.
APA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında bildirilib.
Məhdudiyyətlər 6 iyun saat 00.00-dan 8 iyun saat 06.00-dək qüvvədədir.