Həkim: "Genetik faktorların piylənmədə rolu çox aşağıdır"
  • SOSİAL

  • 10:56 19 Aprel 2019

Həkim: "Genetik faktorların piylənmədə rolu çox aşağıdır"

"Piylənmə 21-ci əsrin epidemiyasıdır, Azərbaycanda da piylənmə olduqca aktual mövzudur".

ONA xəbər verir ki, bunu bu gün Bakıda keçirilən “Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfransda Nutrisiologiya, dietologiya və piylənmənin profilaktikası akademiyasınn rəhbəri, həkim Sevinc Zaman deyib. O bildirib ki, indiki zamanda piylənmə ilə mübarizə aparmaq çox çətindir: "Çünki fəsadları çox ağırdır. Hər gün artan şəkərli diabet, onkologiya, ürək-damar xəstəliklərinin qarşısını almaq mümkün deyil. Burada çox güclü mütəxəssislərdən ibarət komandaya ehtiyac var. Təlimlərdə nutrisiologiya, dietologiya haqqında akademik biliklər verilir. Piylənmənin qarşısını almaq üçün ailədən gələn qida vərdişlərini aradan qaldırmaq lazımdır. Maarifləndirməyə böyük ehtiyac var. Bu, bütün dünyanın problemidir. İnsanların iş, qida vərdişlərinin düzgün qurulmaması, qeyri-aktiv həyat tərzi, qeyri-sağlam qidaların reklamlarının artması piylənmənin əsas səbəblərindəndir”.

Həkim piylənmədən qorunmaq üçün insanları aktiv həyatla məşğul olmağa, rejimlə qidalanmağa çağırıb: "Genetik faktorların piylənmədə rolu çox aşağıdır. Çünki piylənmə birbaşa insanın özündən asılıdır. Sağlam və formada olmaq insanın öz əlindədir''.

Aytən Yusifova

Teqlər: piylənmə sosial bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR