• SOSİAL

    16:14 1 dekabr 2021

Helikopter qəzasında həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunub - FOTO

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlar dəfn edilib.

APA-nın xəbərinə görə, qəza nəticəsində həlak olan hərbçilər II Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə hərbi orkestrin ifasında Dövlət Himni səsləndirilib.

Yaylım atəşi açılıb.

Hərbçilərin dəfn mərasimində şəhidlərin ailə üzvləri, hərbçilər, DSX rəisi, general-polkovnik Elçin Quliyev, Müdafiə sənayesi naziri Mədət Quliyev, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla “Sərhədçi” İdman Kompleksində vida mərasimi keçirilib.

Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.

Qəzada həlak olan hərbçilər aşağıdakılardır:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;

2. polkovnik Nəzirov Emil Nəzir oğlu;

3. mayor Həsənov Elmir Mircəlil oğlu;

4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu;

5. mayor Mayılov Emil Şahid oğlu;

6. mayor Məmmədov Murad Yaşar oğlu;

7. mayor Əliyev Emil Elman oğlu;

8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu;

9. kapitan Bayramlı Cavid Əhliman oğlu;

10. kapitan Əliyev Xəyyam Əlixan oğlu;

11. kapitan Qaraisayev Teymur Ənvər oğlu;

12. leytenant Süleymanov Abdulla Telman oğlu;

13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;

14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıblar.

ONA

Teqlər:

SON XƏBƏRLƏR