Heydər Əliyev Mərkəzinin binası üzərinə ÜST-ün bayrağı videoproyeksiya olunub - [color=red]VİDEO[/color]
  • SOSİAL

  • 10:28 17 Aprel 2020

Heydər Əliyev Mərkəzinin binası üzərinə ÜST-ün bayrağı videoproyeksiya olunub - VİDEO

Aprelin 16-da Heydər Əliyev Mərkəzinin binası üzərinə Ümumdünya Səhiyyə Təşkilatının bayrağı videoproyeksiya olunub.

ONA xəbər verir ki, bununla Azərbaycanın koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə beynəlxalq birliklə həmrəyliyi nümayiş olunub.

 

Qeyd edək ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi Heydər Əliyev Mərkəzinə Azərbaycanın əsas memarlıq simvollarından birinin üzərində Ümumdünya Səhiyyə Təşkilatının bayrağının təsvir olunmasına görə dərin minnətdarlığını bildirib.

BMT-nin Azərbaycan nümayəndəliyinin məlumatına görə, qurum bu həmrəyliyi və dəstəyi yüksək qiymətləndirir: "Mübarizənin ön cəbhəsində olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) minlərlə əməkdaşı ilə birgə virusla mübarizə aparan üzv dövlətləri və onların cəmiyyətlərini, xüsusilə də bu pandemiyadan daha çox əziyyət çəkənləri, məsləhət, təlim, avadanlıq və həyati əhəmiyyət daşıyan xidmətlərlə dəstəkləyir. 

ÜST və BMT-nin digər agentlikləri ölkədə COVID-19 pandemiyasının səbəb olduğu təcili problemləri həll etmək üçün Azərbaycan hökuməti və digər tərəfdaşlarla sıx əməkdaşlıq edir.

Azərbaycanın bu çətin sınaqdan alnıaçıq çıxmasına dəstək olmaq üçün əlimizdən gələni edəcəyik. Biz birlikdə daha güclüyük və birlikdə bu böhrana qalib gələcəyik".

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR