Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür.
ONA-nın xəbərinə görə, Bakı Nəqliyyat Agentliyinin açıqladığı məlumatda bildirilir ki, bu çərçivədə Heydər Əliyev prospekti-Hava limanı və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün hərəkət zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məlumat lövhələrinə güclü külək bağlı xəbərdaredici məlumatı yazılıb.