• SOSİAL

    12:37 1 may 2019

Heydər Əliyev prospektində xətlənmə işləri aparılır

Bakının mərkəzi prospektlərinin birində xətlənmə işləri aparılır.

Bu barədə ONA-ya “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhəri, Heydər Əliyev prospektinin Qara Qarayev prospekti və Bəşir Bünyadov küçələri ilə kəsişməsində bu gün axşam saatlarınadək üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Bundan başqa, analoji işlər axşam saat 22:00-dan səhər saatlarına kimi Heydər Əliyev prospektinin hər iki istiqamət üzrə köməkçi yollarında da aparılacaq.

Bu üzdən sürücülərdən göstərilən saatlarda sözügedən ərazidə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR