"Hansısa bir problemi araşdıran jurnalist məsuliyyətli və diqqətli olmalıdır".
ONA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gender bərabərliyi və media" mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, bu gün mediada hansısa qadın və ya uşaq haqqında şou xarakterli məlumatlar yer alır: "O qadın, o uşaq bu cəmiyyətdə yaşamamalıdır?! Dövlət Komitəsinin sədri kimi yox, bir qadın kimi bu, məni narahat edir. Gəlin bir-birimizə hörmət edək".
H. Hüseynova jurnalistlərə daha güclü treninqlərin keçirilməsinə ehtiyac olduğunu vurğulayıb.