• SOSİAL

    17:25 16 aprel 2020

Hikmət Hacıyev: “Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”

“Ölkəmizdə vəziyyətin hər zaman dəyişmə dinamikası baş verə bilər”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün qənaətbəxş hesab edilən vəziyyət dəyişə də bilər.

“Hazırda sanitar-epidemioloji vəziyyət kompleks şəkildə qiymətləndirilir. Karantin rejiminin uzadılması ilə bağlı lazımi və zəruri qərarlar qəbul ediləcək”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR