Hindistan səfiri "APA Group"-un qonağı olub
  • SOSİAL

  • 13:25 18 Noyabr 2019

Hindistan səfiri "APA Group"-un qonağı olub

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna "APA Group"-un qonağı olub.

ONA-nın xəbərinə görə, görüşdə "APA Group"-un rəhbəri Vüsalə Mahirqızı qonağa “APA Group” haqqında və şirkətə daxil olan qurumlar barədə məlumat verib.

V. Mahirqızı APA-nın bir sıra beynəlxalq media qurumları ilə əməkdaşlıq etdiyini vurğulayaraq, bu siyahıda Hindistanın media qurumlarını da görmək niyyətini diqqətə çatdırıb. "APA Group"-un rəhbəri APA İnformasiya Agentlyinin Hindistanın Azərbaycandakı səfirliyi ilə yaxından əməkdaşlıq etdiyini, bu əməkdaşlığı daha da dərinləşdirmək üçün birgə səylərin zəruriliyini qeyd edib.

Daha sonra çıxış edən səfir Bavitlunq Vanlalvavna Hindistan səfirliyinin Azərbaycandakı media qurumları ilə o cümlədən də APA İnformasiya Agentliyi ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduğunu deyib. Səfirlik və media qurumları arasında müxtəlif əməkdaşlıq perspektivlərinin mövcudluğunu qeyd edən səfir azərbaycanlı jurnalistlərin Hindistana səfərlərinin, onlar üçün müxtəlif təlim və seminarların təşkil olunmasının mümkünlüyünü diqqətə çatdırıb. Səfir bildirib ki, Azərbaycan və Hindistan arasında informasiya texnologiyaları, turizm və əczaçılılq sahələrində əməkdaşlıq üçün yaxşı potensial var, bu cür əməkdaşlıq iki ölkənin media qurumları arasında da yaradıla bilər. 

Görüşdə iki ölkə arasında münasibətlər, müasir media və əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.