• SOSİAL

    10:59 5 mart 2019

Hökumət: Azərbaycanda müəllim-şagird nisbəti yaxşılaşıb

Son illərdə ölkəmizdə formalaşmış demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım dinamikası müşahidə edilir.

ONA-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Sənəddə qeyd edilib ki, 2013-cü ildə bu göstərici 138 min olubsa, 2018-ci ildə birinci siniflərə 165 mindən çox uşaq qəbul edilib.

Ümumilikdə, şagird sayında da müsbət dinamika müşahidə edilməkdədir. Hesabatda nəzərə çatdırılır ki, 2013-cü illə müqayisədə şagirdlərin sayı 230 mindən çox artaraq, 1 milyon 500 min nəfəri ötüb. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli dərəcədə yaxşılaşıb, 8,5-dən 10,5-ə yüksəlib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR