“Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi “Auto Azerbaijan” şirkəti məşhur reper Okaber ilə müqavilə bağlayıb. Artıq 2020-ci ildə “Hyundai” avtomobillərinin bütün səsli reklamlarında Okaberin səsindən istifadə ediləcək. Reper fəlsəfi və vətənpərvər mövzularda olan ifası ilə fərqlənir, müxtəlif yaş kateqoriyalarında geniş dinləyici kütləsinə malikdir. “Auto Azerbaijan” şirkətindən verilən məlumatda birgə layihələrin daha geniş spektrdə davam ediləcəyi deyilsə də, detallar açıqlanmayıb.
Şirkət Okaberlə ilk layihəsini 2019-cu ildə Tam Yeni Sonata avtomobilinin reklam kommunikasiyası zamanı etmişdi.