• SOSİAL

    19:04 4 fevral 2020

“Hyundai Azərbaycan”: Yeni avtomobillərin və ehtiyat hissələrinin idxalında gecikmələr gözlənilmir

“Hyundai Azərbaycan” Cənubi Koreya avtomobil istehsalçısı “Hyundai Motors Company”-nin fəaliyyətinin dayandırması ilə bağlı məlumatı təkzib edib.

Bu gün yayılan məlumata görə, Cənubi Koreya hökuməti Çində davam edən Coronavirus böhranı səbəbiylə bir müddət Çindən idxalı dayandırıb. Cənubi Koreya avtomobil istehsalçısı “Hyundai Motors Company” Cənubi Koreyada yerləşən zavodların bir sıra xammal və ehtiyat hissələrini Çindən əldə etdiyi üçün avtomobil istehsalında gecikmələrin ola biləcəyini bildirib. Buna baxmayaraq, zavodlar fəaliyyətini davam etdirir.

“Hyundai Azərbaycan”dan verilən məlumata görə, Cənubi Koreya ilə yanaşı, Çexiya və Rusiyada yerləşən zavodlardan avtomobil idxal edilir. Yeni avtomobillərin və ehtiyat hissələrinin idxalı ilə bağlı hazırda gecikmələr gözlənilmir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR